Sheki-Silk JSC Sheki-Silk JSC Sheki-Silk JSC Sheki-Silk JSC            > ru    > en Sheki-Silk JSC
 
  1. Azərbaycan Xalça Sənəti

 

Qafqazın cənub-şərqində, Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Respublikasına bir nəzər salaq. Gözlərimiz önündə nəhayətsiz düzənliklər və çəmənlər, zirvəsi...

 

 

 
  1. Şəki

Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biri olub, 2700 il bundan əvvəl Böyük Qafqaz Silsilə dağlarının cənub ətəyində ( Bakıdan 370 km şimal-qərbdə ) yaranmışdır.

 

 

 
  1. Azərbaycan Mədəniyyəi

Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır.

 

 

"

Şəki-İpək" ASC dünən, bu gün, sabah...

            Respublikamızda ipəkçilik çox qədim tarixə malikdir. N.N. Şavronovun məlumatına görə Azərbaycanda ipəkçiliklə V əsrdən məşğul olmağa başlayıblar. Lakin, bu fikirlə razılaşmaq çətindir, çünki, Azərbaycanın kənd təsərrüfatı tarixinin inqilabaqədərki bəzi tədqiqatçıları, bir sıra sovet tarixçiləri və nəhayət Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda ipəkçiliyin başlanğıcı V əsrə deyil, daha qədim qədim dövrə gedib çıxır. Məsələn, A. Dekonskiy göstərir ki, .....Mil düzü qədim vaxtlardan zəngin ipəkçilik mərkəzlərindən biri olmuşdur. Belə ki, Alban knyazlığının (dövlətinin) tərkib hissəsi olan Bilhəndən (Beyləqandan) bizim eramızdan 320 il əvvəl dünyanın bir çox ölkələrinə ipək göndərilirdi. A. Natroyevin məlumatına görə bizim eramızın ilk əsrlərində ipəkçilik Xorasanda, Azərbaycanda, Təbəristanda və Fars imperiyasının digər yerlərində geniş yayılmışdır. Bu məlumatı Mingəçevirdə aparılmış arxeoloji qazıntıların nəticələri də təsdiq edir. Qazıntılar zamanı yeraltı mağaralarda (katakombalarda) və qəbirlərdə Azərbaycanın özündə hazırlanmış ipək, yun və pambıq saplar tapılmışdır. 

               Bir sıra ərəb tarixçiləri, coğrafiyaşunasları və səyyahları IX-X əsrlərdə Azərbaycanda tut ipəkqurdunun geniş bəslənməsini, Şamaxı, Bərdə, Şəki, Gəncə və digər əyalətlərin əhalisinin əsasən ipəkçiliklə məşğul olduğunu göstərilir.

               XI- XII əsrlərdə Bərdə, Şamaxı, Şəki və Gəncə şəhərləri istehsal etdikləri ipəyin kəmiyyət və keyfiyyətinə görə şöhrət qazanmışdılar.

               XII-XIV əsrlərdə Azərbaycanda istehsal edilən ipək ticarətin əsas əmtəələrindən biri olmuşdur. Bu dövrdə Şamaxı və Şəki şəhərləri xam ipək və ipək məhsulları ticarətinin əsas mərkəzləri olmuş və XX əsrin əvvəllərinədək öz mövqelərini saxlaya bilmişlər.

              Şəki (1968–ci ilədək Nuxa) Respublika tabeliyində olan şəhərdir, Azərbaycanın paytaxdından 370 km, məsafədə Baş Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Şəki Azərbaycanın qədim şəhərlərindən biridi. Əvvəllər şəhərin adı Nuxa olmuşdur. Nuxa qədim yaşayış məskəninin adı olmaqla Prolomeyin II əsrdə yazdığı “Coğrafi təlimnamə” əsərində adı çəkilən Niqa ilə eyniləşdirilir. Şəki şəhərinin salınma tarixi çox qədim olduğundan bu günə kimi dəqiq müəyyənləşdirilməmişdir. Şəki o dövr üçün Qafqaz Albaniyasının ən mühüm şəhərlərindən biri olmuşdur. IV əsrdə xristianlıq yayıldıqda Şəki əyaləti Albaniyanın dini mərkəzlərindən olmuşdur. VII əsrdə Şəki ərəblər tərəfindən işğal olundu. IX əsrdə Ərəb xilafəti zəiflədi, Şəkidə müstəqil hakimlik yarandı və XI əsrdə Şirvanşahlar dövlətinin tabeliyinə keçdi.

Şəki əyaləti Qafqazda ipək istehsalının əsas mərkəzi idi. Şəkidə ipəkçiliyin inkişafı  üçün çox  əlvərişli coğrafi mühitin olması imkanlı adamlarla istehsal və ticarət etmək üçün geniş üfüqlər açırdı.

 

 
 
Sheki-Silk JSC